Yaponiyanın ilk reaktiv sərnişin təyyarəsi sınaq uçuşu keçirdi

Yaponiyanın ilk reaktiv sərnişin təyyarəsi sınaq uçuşu keçirdi backend

Yaponiyanın yeni “Mitsubishi Regional Jet” (MRJ) reaktiv sərnişin təyyarəsi noyabrın 11-də sınaq uçuşu edib. Bu, Yaponiyada yaradılan ilk reaktiv hava gəmisidir. İKT.lent.az-ın "Lenta”ya istinadən xəbərinə görə, təyyarə Naqoya aeroportundan qalxaraq bir saat sonra geri dönüb.


Yeddi ilə hazırlanan “MRJ” təyyarəsinin ilk nümunəsi 2014-cü ilin oktyabrında təqdim edilib. Hazırda 223 hava gəmisinin tədarükü üçün sifariş qəbul edilib, o cümlədən "Japan Airlines” aviaşirkəti 32, ABŞ-ın “Trans” regional aviadaşıyıcısı 100 təyyarə sifariş verib.

Bildirilir ki, “MRJ” seriyasından olan ilk təyyarənin 2017-ci ilin iyununda istehsalı və satışı planlaşdırılır.

Uçuş məsafəsi 1,8-3,7 min km təşkil edən hava gəmisi 76 və 88 sərnişin tutumuna malik olmaqla bir neçə modifikasiyada təqdim edilib. Əsas üstünlüyü qənaətcilliyində olan “MRJ” oxşar təyyarələrdən 20 faiz az yanacaq sərf edir.

Yaponiyanın nəhəng "Toyota Motor Corp.” avtomobil istehsalçısı və "Mitsubishi Corp.” ticarət şirkəti layihədə hərəyə 10 faizlik paya sahibdir.
Diaspora