Konqo üsyançı qruplaşmasının "23 Mart (M23) hərəkatı"nın lideri Kornel Nanqaa Konqo Demokratik Respublikasının (DRC) şərqindəki Qoma şəhərinin tutulduğunu elan edib.
Qaziler.az bildirir ki, o, bu barədə yanvarın 27-də "Reuters" agentliyinə məlumat verib.
"Qoma bizim əlimizdədir", - deyə Nanqaa bildirib.
Nəşr öz növbəsində şəhərin üsyançılar tərəfindən tamamilə ələ keçirilib-keçirilmədiyini müəyyənləşdirməyin hələlik mümkün olmadığını vurğulayıb.
Nəşrin məlumatına görə, şəhərdə xaos hökm sürür: sakinlər təsadüfi atəş səslərindən, elektrik enerjisinin kəsilməsindən, yolların və hava məkanının bağlanmasından şikayətlənirlər.
BMT-nin Konqodakı sülhməramlı missiyasının rəhbəri Bintou Keyta videobağlantı vasitəsilə keçirilən Təhlükəsizlik Şurasının iclasında “Başqa sözlə, biz tələdəyik”, - dedi.
QAZİLER.AZ