İsveç Baltik dənizində kabeli zədələyən gəmini həbs edib

İsveç Baltik dənizində kabeli zədələyən gəmini həbs edib backend

İsveç Təhlükəsizlik Xidməti istintaq çərçivəsində böyük təxribatda şübhəli bilinən gəmini ələ keçirib. Baltik dənizində daha bir sualtı kabel zədələnib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna İsveç prokurorluğuna istinadən məlumat yayıb.

Yanvarın 26-da Latviya və İsveç arasında sualtı fiber optik kabel xarici təsir nəticəsində zədələnib. Bu, NATO-nun əraziyə patrul gəmiləri göndərməsinə səbəb oldu və İsveç rəsmiləri təxribatla bağlı araşdırmaya başladılar.

“Hazırda biz bir sıra konkret istintaq tədbirləri həyata keçiririk, lakin ibtidai istintaq hələ tamamlanmadığı üçün təfərrüatları açıqlaya bilmirəm”, - deyə baş prokuror Mats Lyunqkvist bildirib.

QAZİLER.AZ

Diaspora