Boliviyanın paytaxtı La Pasda naməlum şəxslər Venesuela səfirliyinə atəş açıblar.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Selinda Sosa yanvarın 27-də X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
“Bu səhər Venesuela Boliviya Respublikasının paytaxtı La Pasdakı iqamətgahına hücum olub”, - məlumatda deyilir.
Ölkənin Xarici İşlər Nazirliyi hücumu pisləyib və insidentlə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.
“Onlar [hücum edənlər] odlu silahdan bir neçə dəfə atəş açıblar, nəticədə fasadın bəzi elementləri zədələnib”, - nazir iqeyd edib.
QAZİLER.AZ