Rusiyanın Suriya böhranı ilə bağlı BMT-yə təqdim etdiyi sülh planının gizli saxlanılan detalları ortaya çıxıb. Axar.az xəbər verir ki, Rusiya sülh planında Suriyada 18 aylıq keçid dövründən sonra prezident seçkisinin keçirilməsini təklif edib.
Şənbə günü Vyanada keçiriləcək Suriya danışıqlarından öncə ortaya çıxan sənəddə rəsmi Moskvanın Bəşər Əsədin prezident seçkisində iştirakını istəyib-istəməməsi barədə heç bir detal yer almayıb.Planda Əsədin bu müddət ərzində ordunun baş komandiri olması, xüsusi qüvvələrlə xarici siyasətə nəzarəti əlində saxlaması təklif edilib.