Bundesver Baltik dənizində mövcudluğunu Rusiya donanmasına qarşı durmağa qadir olan yeni xüsusi gəmi ilə gücləndirməyi planlaşdırır.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Nəşr qeyd edibki, “Naval Vessels Lürssen Group” (NVL) Almaniyanın müdafiə naziri Boris Pistoriusa "NTV 130" xüsusi gəmisinin layihəsini təqdim edib. Gəminin əsas infrastrukturu, o cümlədən sualtı kabelləri və külək stansiyalarını qorumaq üçün nəzərdə tutulduğu vurğulanır.
NVL şirkətinin baş direktoru Tim Vaqnerin sözlərinə görə, gəmi Almaniya Hərbi Dəniz Qüvvələri tərəfindən satın alınacaq növbəti gəmilərdən biri ola bilər.
Pistorius "NTV 130"un maraqlı və perspektivli layihə olduğunu, lakin çox erkən mərhələdə olduğunu vurğulayıb.
Yanvarın 24-də Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Aleksandr Qruşko bildirib ki, Moskva Baltik dənizinin NATO-nun “daxili gölünə” çevrilməsinə icazə verməyəcək.
O, həmçinin Rusiyanın Avropada keçiriləcək NATO təlimlərinə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Rusiya hərbçiləri lazımi ehtiyat tədbirləri görürlər.