Şok: Bako Saakyan azərbaycanlıdır

Şok: Bako Saakyan azərbaycanlıdır backend

Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağın “prezidenti” Bako Saakyan haqqında ilginc məlumat yayılıb. Axar.az xəbər verir ki, ermənilərin sosial şəbəkələrdə yaydığı məlumata əsasən, Bako Saakyanın əsl adı Bahadurdur.

Bu fakt İrəvandan olan jurnalistlərdən birinin orta məktəb qiymətləri ilə maraqlanması zamanı ortaya çıxıb. Məlum olub ki, Saakyanın 1966-1977-ci illərdə təhsil aldığı Xankəndi 1 nömrəli orta məktəbin 1976-1978-ci illər məzunları arasında adı yoxdur. Üzə çıxan ad isə tamamilə başqa olub: Bahadur Saak oğlu Saakyan.

Məlumata görə, Saakyanın orta məktəbdəki ləqəbi “Bako” olub. Məhz illər sonra adını dəyişərək ləqəbini özünə ad kimi götürən Saakyanın tərcümeyi-halında anasının adı da gizli saxlanılır. Hər iki fakt ana xəttinin azərbaycanlı olması ehtimalını gücləndirir.

Saakyan 1990-cı il hadisələri zamanı ordu sıralarına qayıdaraq Dağlıq Qarabağın işğalında iştirak edib. Müxtəlif vaxtlarda qondarma rejimin daxili işlər və təhlükəsizlik “naziri” olub. 2007-ci ildən isə separatçı qurumun rəhbəridir.
Diaspora