ABŞ prezidenti Donald Tramp martın 4-də Konqresin birgə iclasında çıxış edəcək.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib.
“Prezident Donald Trampı 2025-ci il martın 4-də Konqresdə çıxış etməyə dəvət etmək mənim şərəf və imtiyazımdır”, - deyə spiker bildirib.
Conson əlavə edib ki, sessiya zamanı o, ölkənin gələcəyi ilə bağlı olan “Öncə Amerika” konsepsiyasını təsvir etməyi planlaşdırır.
Trampın növbəti dörd il üçün ABŞ-ın siyasət prioritetləri ilə bağlı baxışını da təqdim edəcəyi gözlənilir.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubionun xarici ölkələrə maliyyə yardımı proqramlarının əksəriyyətinin dayandırılması barədə göstəriş verdiyi bildirilirdi.