Danimarkada Qurana hörmətsizlik edən iki şəxs haqqında ilk dəfə olaraq məhkəmə prosesi başlayıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Qurana uyğun olmayan rəftar edən iki şəxs haqqında Danimarka Cəza Qanunu çərçivəsində ilk dəfə iş faylının hazırlandığı bildirilib.
2024-cü il iyunun 15-də Bornholm adasında keçirilən mitinqdə iştirak edən iki şəxsin Qurana açıq şəkildə hörmətsizlik etdiyi diqqətə çatdırılıb və iş materiallarının Bornholm məhkəməsinə göndərildiyi vurğulanıb.
Prokuror bildirib ki, şübhəlilərdən cərimə istənilib.
Qeyd edək ki, 2023-cü il dekabrın 7-də Danimarkada Quran və müqəddəs kitabların yandırılmasını qadağan edən qanun layihəsi qəbul edilib. Qanunu pozanların cərimə olunacağı və onlara ya iki ilə qədər həbs cəzası verilə biləcəyi açıqlanıb.