ABŞ Prezidenti Donald Tramp xanımı Melania Trampla meşə yanğınlarından zərər görən Kaliforniya ştatına səfər edib.
QAZİLER.AZ Milli.AZ-a istinadən xəbər verir ki, ABŞ liderini Los-Anceles aeroportunda ştatın Demokratlardan olan qubernatoru Qevin Nyusom qarşılayıb.
Tramp səfər zamanı təbii fəlakətin səbəb olduğu dağıntılara baxış keçirib.
Bunun ardınca, məmurlarla müzakirələr aparan Tramp bildirib ki, meşə yanğınlarına reaksiyanı sürətləndirmək üçün ölkədə fövqəladə vəziyyət elan edəcək.
Xatırladaq ki, Kaliforniya ştatında yanvarın əvvəlindən davam edən meşə yanğınları nəticəsində 27 nəfər həlak olub.