2025-ci il üçün Avropanın ən ucuz 14 şəhərinin adı açıqlanıb.
QAZİLER.AZ. Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Taym Aut” (Time Out) səhayət jurnalı araşdırma aparıb.
Ən ucuz şəhər Tirana olub. Burada 2025-ci ildə mənzil kirayəsinin orta qiyməti bir gecəlik 50 dollar, bir stəkan pivə isə 3,7 dollar olacaq.
Siyahı belədir:
1. Tirana (Albaniya),
2. Kaunas (Litva),
3. Porto (Portuqaliya),
4. Zaqreb (Xorvatiya),
5. Çeski Krumlov (Çexiya),
6. Buxarest (Rumıniya),
7. Hall (Birləşmiş Krallıq),
8. Sofiya (Bolqarıstan),
9. Arqos (Yunanıstan),
10. Krakov (Polşa),
11. Belqrad (Serbiya),
12. Marsalforn (Malta),
13. Qraz (Avstriya),
14. Riqa (Latviya).