Bəzi alman şirkətləri artıq amerikalı milyarder İlon Maskın siyasi baxışlarına görə “Tesla” avtomobillərinin istifadəsini dayandırmağı planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə ARD telekanalı məlumat yayıb.
"Bizim fikrimizcə, o, Avropa və Almaniya siyasətinə bizim üçün qəbuledilməz şəkildə müdaxilə etməklə müəyyən sərhədləri keçib", - Frayburqda yerləşən enerji şirkətinin nümayəndəsi bildirib.
Buna etiraz olaraq şirkət “Tesla”nın 11 xidməti avtomobilindən imtina etmək və Maskın sosial media saytı “X”də məlumat paylaşmağı dayandırmaq qərarına gəlib.
QAZİLER.AZ