ABŞ Rusiyadan Hindistana neft daşıyan tankerlərə qarşı sanksiyalarla bağlı açıqlama verib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Hindistanın neft və qaz nazirinin müavini Pankaj Cayn deyib.
O qeyd edib ki, fevralın 27-dək gəmilərin boşaldılmasının başa çatdırılması əmr edilib.
“ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsi bir sıra açıqlamalar verib. Formal olaraq vurğudılar ki, fevralın 27-si son tarixdir”, - nazir müavini bildirib.
O, həmçinin əlavə edib ki, maliyyə əməliyyatlarının tamamlanması üçün son tarix martın 12-nə təyin edilib.
Cayn həmçinin qeyd edib ki, Hindistan Qərb ölkələri tərəfindən müəyyən edilən neftin qiyməti 60 dollardan aşağı olmaqla, Rusiya şirkətləri və gəmilərinin sanksiyalar altında iştirak etməməsi şərti ilə Rusiya neftini almağa davam etməyə hazırdır.
QAZİLER.AZ