Çilidə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qurumun məlumatına görə, zəlzələnin episentri təxminən 280 min insanın yaşadığı Perunun Takna şəhərindən 107 kilometr şərqdə yerləşib. Bildirilib ki, yeraltı təkanların maqnitudası 140 kilometr dərinlikdə yerləşib.
Yerli sakinlər arasında tələfat və dağıntıların olması barədə məlumat verilməyib.
QAZİLER.AZ