ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinkenin Belarusdakı seçkiləri pisləyən bəyanatı Dövlət Departamentinin saytında yoxa çıxıb.
Qaziler.az xəbər verir ki, məlumatı BELTA yayıb.
Agentliyin məlumatına görə, bunun əvəzinə səhifədə yaranan narahatlığa görə istifadəçilərə üzrxahlıq edilib.
“Narahatlığa görə üzr istəyirik”, - agentliyin saytında qeyd edilib.
Beləliklə, Dövlət Departamenti keçmiş dövlət katibinin bəyanatını dərc etməkdən imtina edib. Blinken bu vəzifəni keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə tutub. Qeyd edək ki, ötən həftə Blinken Belarusda keçiriləcək prezident seçkilərini tanımadığını və yanlış hesab etdiyini açıqlamışdı.
QAZİLER.AZ