Rusiya 2 nəfərin azad edilməsi üçün HƏMAS-la danışıqlar aparır

Rusiya 2 nəfərin azad edilməsi üçün HƏMAS-la danışıqlar aparır backend

Rusiya Xarici İşlər Nazirliyi Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan Rusiya vətəndaşı Aleksandr Trufanovun və Donbasdan olan Maksim Xarkinin azad edilməsini müzakirə edir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Rusiya XİN HƏMAS Siyasi Bürosunun sədr müavini ilə söhbətin mövzusunu açıqlayıb.

“Rusiya tərəfi Qəzza zolağında saxlanılan Rusiya vətəndaşı A.Trufanovun və Donbaslı M.Xarkinin azadlığa buraxılmasında maraqlı olduğunu bir daha təsdiqləyib”, - press-relizdə deyilib.

Bundan əlavə, Rusiya tərəfi tanınmış beynəlxalq hüquqi əsasda Fələstin milli konsensusa nail olmaq üçün səylərə kömək etməyə hazır olduğunu təsdiqləyib. Qeyd olunur ki, söhbət zamanı Qəzza zolağında atəşkəs sazişinin ciddi şəkildə yerinə yetirilməsi və yerli sakinlərə humanitar yardımın çatdırılmasının zəruriliyi qeyd olunub.

QAZİLER.AZ

Diaspora