Husilər BMT əməkdaşlarını girov götürüblər

Husilər BMT əməkdaşlarını girov götürüblər backend

Yəmənin şimalında hakim olan "Ənsar Allah" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin bu gün verdiyi bəyanatda bildirilib.

Məlumata görə, onlar husilərin nəzarətində olan ərazilərdə işləyiblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.

"BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər", - bəyanatda qeyd olunub.

Husilər sözügedən məsələyə münasibət bildirməyiblər.

Diaspora