ABŞ-ın Naşville şəhərində orta məktəbdə atəş açan yeniyetmə hücumunu Kick video platformasında yayımlayıb.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 24-də WSMV4 telekanalı məlumat yayıb.
Bu məlum olduqdan sonra "Kick" təcavüzkarın hesabını bloklayıb və videonu silib.
“Kick-də zorakılığa yer yoxdur. Biz hüquq-mühafizə orqanları ilə fəal işləyirik və onların təhqiqatını dəstəkləmək üçün bütün lazımi tədbirləri görürük”, - media video xidmətin rəsmi bəyanatından sitat gətirir.
QAZİLER.AZ