Macarıstan ABŞ ilə Rusiyaya qarşı sanksiyalarının uzadılmasını müzakirə edəcək

Macarıstan ABŞ ilə Rusiyaya qarşı sanksiyalarının uzadılmasını müzakirə edəcək backend

Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qərar verməzdən əvvəl ABŞ ilə danışıqlar aparacaq.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi Macarıstanın xarici işlər naziri Peter Siyartoya istinadən bildirib.

"Avropa İttifaqının xarici işlər nazirləri sanksiyaları müzakirə etmək üçün bazar ertəsi görüşməzdən əvvəl amerikalı tərəfdaşlarımızla bu məsələ ilə bağlı məsləhətləşəcəyik", - deyə P.Siyarto mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyasının fikrinə “nəzərə almamaq olmaz”.

Diaspora