Braziliyada mağaza ziyarətçisinin kürəklə işçinin başına vurması videoya düşüb.
Qaziler.az bildirir ki, bu barədə “The New York Post” yazır.
İnternetdə yayımlanan video Mato Qrosso əyalətinin Sinop şəhərində çəkilib. Kadrlarda supermarket müştərisinin alət rəfindən kürək götürməsi, sonra telefonla danışan menecerin arxasınca getməsi və onun başına möhkəm zərbələr vurması əks olunub. Mağaza işçisi yerə yıxılıb, təcavüzkar digər işçilər tərəfindən ram edilib.
Zərərçəkmiş 40 yaşlı Klaudio Soares Dos Santos bildirib ki, zərbənin əsas qüvvəsi smartfonu tutan əlin üzərinə düşdüyü üçün möcüzəvi şəkildə sağ qalıb. Eyni zamanda, TMZ-nin yazdığı kimi, zərbədən sonra Klaudionun bir qulağı kar olub.
Saxlanılan 29 yaşlı Danielson Martins Payva dindirmə zamanı həyat yoldaşının eyni supermarketdə işlədiyini və Santosun ona sataşdığını iddia edib. Zərərçəkmiş bu ittihamları rədd edib.
QAZİLER.AZ