Tramp müharibəni bitirmək üçün Putinlə mümkün qədər tez görüşmək istəyir

Tramp müharibəni bitirmək üçün Putinlə mümkün qədər tez görüşmək istəyir backend

ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putinlə tez bir zamanda görüşmək istəyir. O ümid edir ki, Kreml rəhbəri ilə danışıqlar Ukraynada müharibəyə son qoymağa kömək edəcək.

Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Bu müharibəni bitirmək üçün mümkün qədər tez Putinlə görüşməyə şad olardım. Milyonlarla insan, gənclər döyüş meydanında həlak olur. İnsanlar ölür. Baş verənlərin şəkillərini görmüşəm, bu, əsl qırğındır", - Tramp deyib.

O vurğulayıb ki, söhbət iqtisadi itkilərdən və təbii sərvətlərin itirilməsindən deyil, insan həyatından gedir.

"Şəhərlər bir-bir dağıdılır. Biz bunu dayandırmalıyıq", - ABŞ prezidenti qeyd edib.

2026-cı ildə Davosda keçiriləcək növbəti foruma qədər sülh sazişinin qüvvədə olub-olmayacağı ilə bağlı suala o, belə cavab verib: “Bu, Rusiya üçün sualdır, çünki Ukrayna hazırdır”.

Tramp bir daha təkrar etdi ki, ABŞ prezidenti qalsaydı, Ukraynada müharibə heç vaxt başlamazdı.

"Mən orada olanda bu müharibədən söhbət getmirdi. Bilirdim ki, mənim səlahiyyətim müddətində Putin heç vaxt bu müharibəyə başlamazdı. Amma mən gedəndən sonra dəhşətli hadisələr başladı", - o qeyd edib.

QAZİLER.AZ

Diaspora