Trampın prezidentliyinin ilk günlərində ABŞ-da 460-dan çox qeyri-qanuni miqrant tutulub

 Trampın prezidentliyinin ilk günlərində ABŞ-da 460-dan çox qeyri-qanuni miqrant tutulub backend

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Donald Trampın prezidentliyinin ilk günlərində 460-dan çox qeyri-qanuni immiqrantı, o cümlədən cinsi və məişət zorakılığı, həmçinin narkotik və silah cinayətlərinə görə məhkum olunmuş şəxsləri saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə yanvarın 23-də "FoxNews" məlumat yayıb.

“Agentlər bir sıra ölkələrin, o cümlədən Əfqanıstan, Anqola, Boliviya, Braziliya, Kolumbiya, Dominikan Respublikası, Ekvador, El Salvador, Qvatemala, Honduras, Meksika, Nikaraqua, Seneqal və Venesuela vətəndaşlarını həbs ediblər. Həbslər bütün ABŞ ərazisində aparılıb.

Tramp administrasiyasının, əsasən, ictimai təhlükəsizliyə təhdid yaradanların ölkədən çıxarılmasına yönələcək kütləvi deportasiya əməliyyatına başlayacağını vəd edən bəyanatlarından sonra ABŞ-da həbslər dalğası yayılıb.

QAZİLER.AZ

Diaspora