ABŞ prezidenti Donald Tramp 20 min amerikalı hərbçini Avropadan çıxarmaq niyyətindədir.
Qaziler.az xəbər verir ki, bu haqda İtaliyanın “Ansa” xəbər agentliyi Avropanın diplomatik mənbəsinə istinadən məlumat yayıb.
Bu halda Amerika qoşunlarının qitədəki mövcudluğu təxminən 20% azalacaq. Qeyd olunduğu kimi, Oval kabinetin yeni sakini bu arzusunu ardıcıl olaraq Avropa İttifaqının liderləri ilə görüşlərində ifadə edib.
Nəşr qeyd edir ki, Tramp qalan digər amerikalı hərbçilər üçün Avropa ölkələrindən maliyyə dəstəyi almaq istərdi, nəşr qeyd edir. Qalıcı olan əsgərlərin xərcləri isə yalnız Amerika vergi ödəyicilərinin çiyinlərinə düşə bilməz.
QAZİLER.AZ