Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan “Taliban” lideri Haybatullah Axundzada və Əfqanıstanın baş hakimi Əbdül Hakim Həqqaninin həbsinə order verilməsini istəyib.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə məlumat BMC-nin saytında yer alıb.
Kərim Xan bildirib ki, Axundzadə və Haqqani “gender əsaslı təqib”ə bərabər olan insanlığa qarşı cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Prokuror qeyd edib ki, Əfqanıstan nümayəndələri öz hərəkətləri ilə Roma statusunu pozurlar.
Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ölkədə qadınlara aid bir sıra məhdudiyyətlər tətbiq edilib. Belə ki, dekabrın sonunda hökumət qadınların istifadə etdiyi otaqlarda pəncərələrin quraşdırılmasını qadağan edib.
QAZİLER.AZ