Şimali Koreyada gübrə davası: insanlar bir-birilərinin tualetindən oğurluq edir

Şimali Koreyada gübrə davası: insanlar bir-birilərinin tualetindən  oğurluq edir backend

KXDR-də insanlar gübrə istehsalı üçün yüksək kvotalara görə qonşularının tualetlərinə basqın edirlər.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Şimali Koreyada sakinlər hökumətin müəyyən etdiyi şişirdilmiş kvotaları yerinə yetirmək üçün insan tullantılarını oğurlamağa məcbur olublar. “Free Asia” radiosunun məlumatına görə, hər bir yetkin şəxs 500 kq nəcis, hər məktəbli isə 200 kq nəcis verməlidir. Bu tələblər isə bir insan üçün nəzərdə tutulmuş təbii səviyyəni çox üstələyir: “Live Science”ə görə, orta hesabla insan ildə təxminən 145 kq tullantı istehsal edir.

Xroniki gübrə çatışmazlığı şəraitində məhsuldarlığı artırmaq üçün tətbiq edilən bu cür kvotalar xaosa səbəb olub. Şimali koreyalılar cəzadan yayınmaq üçün qonşularından nəcis oğurlamağa və ya almağa məcbur olublar. Nəticədə, bəzən ölkədə balta və kürəklərin də istifadə edildiyi davalara tez-tez rast gəlinir. Məsələn, Unsan qraflığında iki kişi oxşar davadan sonra xəstəxanaya yerləşdirilib.

Bundan əlavə ictimai tualetlərin bağlı olması, şəxsi tualetlərə basqın hallarını artırıb. Bu isə vəziyyəti daha da pisləşdirib.

Sosial gərginlikdən əlavə, bu təcrübə sağlamlıq üçün ciddi risklər daşıyır. Şimali Koreyada İnsan Hüquqları Komitəsinin icraçı direktoru Qreq Skarlata qeyd edib ki, insan tullantılarından gübrə kimi istifadə bağırsaq parazitlərinin yayılmasına kömək edir.

Kvotaları yerinə yetirməməyə görə cəzalar hələ tam müəyyən olunmasa da , əldə edilən məlumatlara görə, tələbi yerinə yetirməyənlər açıq şəkildə tənbeh oluna və ya məcburi əmək düşərgələrinə göndərilə bilərlər.

QAZİLER.AZ

Diaspora