Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenell bildirib ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenin Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya lideri Vladimir Putinlə bir dəfə də olsun danışmaması amerikalıları qəzəbləndirib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir. Onun sözlərinə görə, danışıqlar aparılmadığından Vaşinqtonun bütün diplomatiyası boşa çıxıb.
“Vladimir Putin və Co Bayden üç il yarımdan çoxdur ki, danışmırlar. İndi biz bunun hədsizlik olduğunu düşünürük. Amerika xalqı bunu çox çirkin hesab edir. İnsanlarla danışmağı bacarmalısan”, - Qrinell bildirib.
O xatırladıb ki, danışıqlar taktikadır və aparılmazsa, problemləri həll etmək çətin olur. Grinell qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynaya kömək etmək üçün yüz milyardlarla dollar xərcləyir, halbuki iki ölkə liderləri problemləri həll etmək üçün bir-biri ilə danışmırlar.
QAZİLER.AZ