Türkiyədə içki festivalına QADAĞA qoyuldu

Türkiyədə içki festivalına QADAĞA qoyuldu backend

Türkiyədə içki (rakı) festivalı qadağan edilib. Lent.az Doğan informasiya agentliyinə istinadən xəbər verir ki, hər il Adanada keçirilən və minlərlə insanın qatıldığı festival bu il baş tutmayacaq. Festival təşkilatçılarına şəhər valiliyindən bildirilib ki, ölkədə spirtli içki reklamı qadağan edildiyindən bu tədbirin keçirilməsi mümkün deyil.


Qeyd edək ki, içki festivalı bu ilin dekabr ayına nəzərdə tutulmuşdu. Bu tədbir Adanaya çoxsaylı turistlərin cəlb edilməsi baxımından böyük əhəmiyyət daşıyırdı.
Diaspora