Şahzadə Keyt Middlton kral ailəsinin oğullarını İtona təhsil almağa göndərmək ənənəsini pozmağa qərar verib.
Qaziler.az xəbər verir ki, bu barədə “Tatler” məlumat yayıb.
11 yaşlı Şahzadə Corc hazırda Berkşirdəki “Lambrook” məktəbində oxuyur, lakin 13 yaşı tamam olanda məktəbi dəyişməli olacaq. Keyt Middlton isə bütün övladlarının eyni məktəbə getməsini istəyir. Bu da İtonda oxumaqdan imtina deməkdir, hansı ki bu təhsil mərkəzi ancaq oğlanlar üçün nəzərdə tutulub. İtonda Uilyam və Harri qardaşları, eləcə də kral ailəsinin digər üzvləri təhsil alıb.
Keyt Middlton şahzadə qızı üçün isə üç variantı nəzərdən keçirir: “Marlborough College”, “Highgate School” və “University College School”.
QAZİLER.AZ