ABŞ prezidenti Donald Tramp çətin ki, Ukraynadakı münaqişəyə 100 gün ərzində son qoysun.
Qaziler.az TASS-a istinadla bildirir ki, bunu Serbiya lideri Aleksandar Vuçiç Davosda keçirilən Dünya İqtisadi Forumunda səsləndirib.
Onun sözlərinə görə, Ağ Evin rəhbəri hərbi əməliyyatları dayandıra bilsə, dünyanı xilas edəcək,.
Mən bunun baş verməsini istərdim. Ancaq bunun nəyə əsaslanaraq və necə mümkün ola biləcəyindən əmin deyiləm. Əgər Tramp buna nail olsa, o zaman hamımız ona abidə ucaltmalıyıq, çünki o, bütün planeti xilas edəcək. Mən ona uğurlar arzulayıram və bunun baş verməsi üçün ona köklənirəm. Düşünürəm, bu baş verəcəkmi? Allah hər birimizə kömək olsun!”, - deyə Vuçiç jurnalistlərin suallarını cavablandırıb.
QAZİLER.AZ