Rusiya ilə münaqişənin həlli prosesinin bir hissəsi kimi Ukraynaya yerləşdirilə biləcək sülhməramlı qüvvəyə Amerika əsgərləri daxil edilməlidir.
Qaziler.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski “Bloomberg”ə müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, o, artıq belə bir xahişlə Ağ Evin yeni rəhbəri Donald Trampa müraciət edib. Ukrayna prezidenti hesab edir ki, Avropanın kifayət qədər qoşunu yoxdur.
"Bəzi avropalı dostlar bunun mümkün olduğunu düşünsələr də, amma yox, bu mümkün deyil. ABŞ olmadan heç kim risk etməyəcək”, - Zelenski deyib.
QAZİLER.AZ