Amerika Birləşmiş Ştatları Qrenlandiyanı "beynəlxalq təhlükəsizlik" səbəbi ilə almalıdır. Xüsusilə, söhbət Rusiya və Çindən gələn təhdidlərdən gedir.
Qaziler.az-ın məlumatına görə, “Politico” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Qrenlandiya gözəl yerdir. Bizə beynəlxalq təhlükəsizlik üçün lazımdır. Və əminəm ki, Danimarka buna razılaşacaq, çünki onu saxlamaq (Qrenlandiya - red.) çoxlu pul tələb edir", - Tramp deyib.
O əlavə edib ki, Qrenlandiya təkcə ABŞ-a lazım deyil, həm də “beynəlxalq təhlükəsizlik üçün” vacibdir.
"Hər yerdə rus qayıqları var, hər yerdə Çin qayıqları var - hərbi gəmilər - və onlar (Danimarka - red.) buna nəzarət edə bilmirlər", - Tramp qeyd edib.
QAZİLER.AZ