Almaniyada "Bosch" müəssisəsində qaz partlaması nəticəsində iki nəfər ölüb

Almaniyada "Bosch" müəssisəsində qaz partlaması nəticəsində iki nəfər ölüb backend

Almaniyanın cənub-qərbindəki Reytlingen şəhərində Almaniyanın "Bosch" konserninin müəssisəsində qaz partlayışı nəticəsində iki nəfər həlak olub.

Qaziler.az "izvestiya"ya bildirir ki, bu barədə yanvarın 21-də şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

“Yerli vaxtla təxminən saat 8:00-da  orada (müəssisənin ərazisində – red.) naməlum səbəbdən silan qazı sızması baş verib.  İşçilər səbəb axtararkən qəflətən qaz havaya reaksiya verib, yaxınlıqda olan 44 və 52 yaşlı iki mütəxəssis partlayışın qurbanı olub. polisin açıqlamasında deyilir.

Onlar dəqiqləşdiriblər ki, 52 yaşlı kişi hadisə yerində, ikincisi isə həkimlərin səyinə baxmayaraq aldığı ağır yaralardan xəstəxanada dünyasını dəyişib. Daha bir işçi də yüngül xəsarətlər alıb.

“Tagesschau” nəşrinin məlumatına görə, zavodda partlayışla bağlı məlumatı “Bosch”un mətbuat katibi təsdiqləyib.

QAZİLER.AZ

Diaspora