Misir prezidenti Əbdülfəttah əs-Sisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 21-də Misir liderinin ofisi məlumat yayıb.
Qeyd olunur ki, dövlət başçıları birgə layihələrin həyata keçirilməsini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Qəzza zolağında atəşkəs yanvarın 19-da səhər saatlarında qüvvəyə minib. Həmin gün Misir, Qətər və ABŞ-ın atəşkəsdən sonra 16-cı gündə, yəni fevralın 3-də İsrail və HƏMAS arasında Qəzza razılaşmasının ikinci mərhələsini razılaşdırmaq üçün məsləhətləşmələr apardığı bildirilib.
2023-cü il oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın Qəzza zolağından İsrail ərazisinə kütləvi raket zərbəsi endirməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Elə həmin gün İsrail qisas almağa başladı.
QAZİLER.AZ