İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi 2023-cü il oktyabrın 7-də ordunun uğursuzluğuna görə məsuliyyəti boynuna alaraq istefa verib.
Qaziler.az xəbər verir ki, bu barədə TASS İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Mən bu gün, çərşənbə axşamı (21 yanvar) İsrailin müdafiə naziri İsrael Katza məlumat verdim ki, SAXAL-ın Qəzza zolağında mühüm nailiyyətlər əldə etdiyi, girovların azad edilməsinə dair tələbləri yerinə yetirmək prosesində olduğu bir vaxtda SAXAL-ın oktyabrın 7-də uğursuzluğuna görə məsuliyyəti etiraf edir və 6 mart 2025-ci il tarixində vəzifəmi tərk etmək üçün icazə istəyirəm”, - deyə Halevi açıqlamasında bildirib.
Qeyd edək ki, 19 yanvar 2025-ci ildə Qəzza zolağında atəşkəs qüvvəyə minib. İsrail və HƏMAS arasında başladılan girovların dəyişdirilməsi prosesində İsrail 90 əsiri azad edib. Fələstin isə 3 israilli girovu qarşı tərəfə təhvil verib.
QAZİLER.AZ