Trampın sözlərindən sonra Panama kanalı ilə bağlı araşdırmalara başladılıb

Trampın sözlərindən sonra Panama kanalı ilə bağlı araşdırmalara başladılıb backend

ABŞ prezidenti Donald Tramp kanala Çinin nəzarət etdiyini iddia etdikdən sonra Panama Baş Nəzarət İdarəsi Panama Kanalının limanlarının Honq-Konqda yerləşən operatoru ilə bağlı araşdırmaya başlayıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Panama Baş Nəzarət İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Bu gün auditorlarımız dövlət resurslarından səmərəli və şəffaf istifadəyə zəmanət verməli olan hərtərəfli auditə başlamaq üçün “Panama Ports Compony”yə gəliblər”, - deyə məlumatda bildirilir.

“Financial Time”s qəzeti yazıb ki, araşdırma “Hutchison Ports”a (“Panama Ports Compony”ni idarə edir) qarşı aparılır. Nəşrin məlumatına görə, bu təşkilat Böyük Britaniya və Almaniya da daxil olmaqla 24 ölkədə 53 limana rəhbərlik edir, həmçinin kanalın hər iki ucundakı limanlara nəzarət edir.

Qeyd edək ki, yanvarın 20-də inauqurasiya çıxışı zamanı Tramp Panama kanalına nəzarəti ABŞ-a qaytaracağına söz verib.

QAZİLER.AZ

Diaspora