Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinə səbəb ola bilər.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Slovakiyanın baş naziri Robert Fitso parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, o, Aİ və Alyansdakı tərəfdaşlarını tənqid etmək hüququnu özündə saxlayır.
“Ukraynanın NATO-ya qəbulu üçüncü dünya müharibəsi üçün əsas olacaq”, - Fitso deyib.
Slovakiyanın baş naziri əminliklə bildirib ki, Avropa İttifaqı hazırda Slovakiyanın suverenliyini məhdudlaşdırmağa çalışır. Onun sözlərinə görə, Avropa ölkələri müəyyən dəyərləri fəal şəkildə təbliğ edir və ölkənin təhsil sisteminə müdaxilə edir.
Çıxışı zamanı Fitso qeyd edib ki, hazırda Avropa ilk növbədə gender dəyişikliyi ilə məşğuldur. O, bildirib ki, ölkədə uşaqların övladlığa götürülməsi yalnız heteroseksual cütlüklər üçün mümkün olacaq.
QAZİLER.AZ