Prezident Donald Tramp ABŞ-nin digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılması haqqında fərman imzalayıb.
Bu barədə AP agentliyi məlumat yayıb.
Yardımın yeni administrasiyanın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün yoxlama aparılacaq.
Agentlik qeyd edib ki, Ukraynaya dəstək kimi xüsusi hallar istisna olmaqla, ABŞ-nin xarici yardımı ümumiyyətlə büdcənin 1 %-dən çox olmayıb. Dövlət Departamentindən yanvarın 9-da bildirilib ki, müharibənin başlanğıcından Kiyevə hərbi yardım üçün təxminən 66 milyard dollar, 2014-cü ildən isə təxminən 70 milyard dollar ayrılıb.
Report.az