Suriyanın ikinci böyük şəhəri Hələbdəki Türkiyənin Baş Konsulluğu 13 ildən sonra Türkiyə bayrağının dalğalanması ilə diplomatik fəaliyyətini bərpa edib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Suriyanın Hələb şəhərində yerləşən Hələb Baş Konsulluğunun açılışında Türkiyənin Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili, səfir Burhan Köroğlu, Hələb baş konsulu Hakan Cengiz və çox sayda dəvətli iştirak edib.
Türkiyənin Hələbdəki Baş Konsulluğunda təşkil edilən mərasimdə Türkiyə bayrağı qaldırılıb və 13 illik fasilədən sonra diplomatik fəaliyyət yenidən başlayıb.
Açılış Hələb əhalisi tərəfindən də böyük coşqu ilə qarşılanıb.
QAZİLER.AZ