Ağ Ev rəsmisi: "HƏMAS heç vaxt Qəzzanı idarə etməyəcək"

Ağ Ev rəsmisi: "HƏMAS heç vaxt Qəzzanı idarə etməyəcək" backend

ABŞ-ın yeni prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə yeni müşaviri Mayk Vals bildirib ki, əgər HƏMAS Qəzzada atəşkəs razılaşmasından imtina etsə, Birləşmiş Ştatlar İsrailə “gərəkən işləri görməkdə” dəstək verəcək.

QAZİLER.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, CBS telekanalının “Face the Nation” proqramına verdiyi müsahibədə o, “Həmas heç vaxt Qəzzanı idarə etməyəcək. Bu, qətiyyən qəbuledilməzdir”,-deyib. 

Vals bildirib ki, Tramp və komandası bunu İsrailin baş naziri Benyamin Netanyahuya açıq bildirib.

"İsrail xalqının məni aydın şəkildə anlamasını istəyirəm. Əgər HƏMAS bu razılaşmadan geri çəkilsə, İsraili hər şeydə dəstəkləyəcəyik", deyə Ağ Ev rəsmisi qeyd edib.

Diaspora