İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və Otzma Yehudit Partiyasının üzvləri Qəzzada atəşkəs razılaşmasına görə hakim koalisiyadan istefa veriblər.
QAZİLER.AZ APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Otzma Yehudit Partiyası bəyanat yayıb.
Qeyd edək ki, Ben-Qvir daha əvvəl razılaşmanı HAMAS-a təslim olmaq kimi qiymətləndirərək tənqid edib və təsdiqlənəcəyi təqdirdə istefa verəcəyini bildirmişdi.
Partiyanın bəyanatında qeyd edilib ki, HƏMAS-la razılaşma İsrail Ordusunun müharibədə çətinliklə əldə etdiyi nailiyyətləri yox edir, Qəzzadan çəkilməyi nəzərdə tutur və döyüşləri HƏMAS-a təslim olmaq kimi başa çatdırır.