İran prezidenti Həsən Ruhani ilə onun fransalı həmkarı Fransua Ollandın birgə naharı menyu ilə bağlı iki dövlət başçısı arasındakı fikir ayrılığı səbəbindən baş tutmaya bilər. Lent.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, İran tərəfi təntənəli nahardan stolda fransız şərablarının olması ilə bağlı imtina edib, çünki spirtli içkiləri İslam dini haram buyurub.
“Le Monde” qəzeti yazır ki, Yelisey Sarayında bu informasiyanı şərh eləməkdən imtina ediblər, ancaq bəzi məmurlar öz qıcıqlarını gizlətməyiblər. Ona görə ki, onların sözlərinə görə, nahar zamanı Suriyada müharibə və İranın nüvə dosyesinə dair anlaşmanın yerinə yetirilməsi kimi vacib məsələlər müzakirə edilməli idi.Nəşrin bildirdiyinə görə, bu, ilk dəfə deyil ki, İran-Fransa danışıqları protokol anlaşılmazlığı üzündən qəlizləşir.