Suriyada Bəşər Əsəd rejiminin devrildiyi ötən ilin dekabr ayının əvvəlindən bəri təxminən 200 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb.
QAZÍLER.AZ APA-ya istinaden xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “X” hesabında bildirib.
Suriyada 2011-ci ildən bəri davam edən qanlı vətəndaş müharibəsində işin gedişatı dəyişib və 61 illik Baas rejimi süquta uğrayıb.
Təxminən bir aydır ki, başqa ölkələrə sığınan suriyalılar dayanmadan artıq öz ölkələrinə qayıdırlar.