Almaniya Kansleri Olaf Şolts Kiyevə üç milyard avro yardım paketini blokladıqdan sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok nümayişkaranə şəkildə iclası tərk edib.
QAZÍLER.AZ “Qafqazinfo”-ya istinaden xəbər verir ki, Berbok əvvəlcə səssiz qalıb, daha sonra bütün siyasətçilərin gözü qarşısında iclasdan gedib.
Kadrlarda kanslerin öz nazirini dayandırmağa çalışdığı anın şəkli əks olunub.
Bildirilir ki, Almaniyanın Xarici İşlər və Müdafiə nazirlikləri bir neçə ay ərzində Kiyevə yeni maliyyə yardımı paketinin ayrılması üçün sənədlərin hazırlanması üzərində işləyiblər. Lakin bütün bunların əbəs olduğu məlum olub.
Nəşrdə vurğulanır ki, Berbokun Şoltsla münasibətləri son dərəcə pisdir.
Bundan başqa sosial şəbəkələrdə xarici işlər nazirini dayandırmağa çalışan Almaniya kanslerinin fotosu lağa qoyulub.