Moldova rəhbərliyi parlament seçkiləri zamanı müxalifət qüvvələrinə maneələr yaradacaq.
Qaziler.az xəbər verir ki, bunu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul GRT telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, prezident seçkilərindən sonra rəsmi hakimiyyətin reytinqinin xeyli aşağı düşməsi səbəbindən müxalifətin işinin bloklanması gözlənilir.
“Moldova hakimiyyəti yolumuza maneələr yaratmaq, müəyyən işlərə mane olmaq üçün hər şeyi edəcək, çünki onlar bu prezident seçkilərində Moldova Respublikası vətəndaşlarının etimadının hər gün itirildiyini görür və görüblər”, - deyə Qutsul qeyd edib.
O əlavə edib ki, dövlət orqanlarının antireytinqi hər gün artır. Bəzi ayrı-ayrı ərazilərdə bu proses saatbaşı qeydə alınır.
QAZİLER.AZ