Almaniya kansleri Olaf Şolts amerikalı sahibkar və milyarder İlon Maskın Avropa ölkələrində demokratiya üçün təhlükə yaratdığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Şoltsun sözlərinə görə, Maskın açıqlamaları sahibkarın dünyanın müxtəlif yerlərində ifrat sağçı ekstremistləri dəstəklədiyini göstərir. Almaniya kanslerinin dediyi kimi, bu, Avropa ölkələrinin demokratik inkişafına mane olur.
“O, hər yerdə sağçı ekstremistləri dəstəkləyir: Avropada, Böyük Britaniyada, Almaniyada və bir çox başqa ölkələrdə. Bu isə tamamilə qəbuledilməzdir, çünki bu, Avropanın demokratik inkişafına mane olur və cəmiyyətimizi təhdid edir”, - Şolts bildirib.
Siyasətçi vurğulayıb ki, o, belə bəyanatları tənqid etmək niyyətində deyil, lakin onların məzmununu qəbuledilməz hesab edir.
QAZİLER.AZ