Fiko Zelenskiyə görüş üçün yeni tarix və yer təklif edib

Fiko Zelenskiyə görüş üçün yeni tarix və yer təklif edib backend

Slovakiyanın baş naziri Robert Fiko Ukrayna prezidenti Vladimir Zelenskiyə görüşün yeni tarixini və yerini təklif edib. Onun sözlərinə görə, hələlik heç bir cavab verilməyib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna onun Facebook-a istinadən xəbər verir.

Fiko Almaniya kansleri Olaf Şolzla telefon danışığı apardığını və burada qaz tədarükü mövzusunun müzakirə edildiyini bildirib.

O, həmçinin “Slovakiya və Avropa İttifaqına ciddi ziyan vuran" Ukraynanın 2025-ci il yanvarın 1-dən Rusiya qazının tranzitini dayandırmaq qərarından şikayətlənib.

QAZİLER.AZ

 

Diaspora