ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminin gözlənilən soyuq hava şəraiti ilə əlaqədar qapalı məkanda keçiriləcəyi gözlənilir.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.
“Trampın andiçmə mərasiminin ölkə paytaxtında gözlənilən soyuq temperatur şəraitinə görə bazar ertəsi qapalı məkanda keçiriləcəyi gözlənilir”, - nəşr yazıb.
Mərasim, mənbələrə görə, Kapitol rotunda baş tutacaq. İnauqurasiya paradının və digər tədbirlərin keçiriləcəyi yer hələ müəyyənləşdirilir.
Açıq məlumatlara görə, yanvarın 20-də Vaşinqtonda temperaturun mənfi 2 -6°C arasında olacağı proqnozlaşdırılır.
QAZİLER.AZ