Yəmənin şimalına nəzarət edən husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan “USS Harry Truman” gəmisinə Qırmızı dənizdə bölgəyə gəldikdən sonra yeddinci dəfə hücum etdiyini iddia edib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Hərəkat qeyd edib ki, İsrail qüvvələrinə qarşı üç əməliyyatla yanaşı, donanma Qırmızı dənizin şimalında ABŞ-yə məxsus təyyarədaşıyan gəmini hədəf alaraq dördüncü əməliyyat keçirib.
“Təyyarədaşıyan gəmi Qırmızı dənizə çatdıqdan sonra yeddinci dəfə dron tərəfindən hücuma məruz qalıb”, - deyə məlumatda qeyd olunub.
QAZİLER.AZ