İsrailin Təhlükəsizlik Kabineti Qəzzada girov və atəşkəs razılaşmasını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Baş Nazirlik Ofisi bildirib.
İsrail mediasının məlumatında qeyd edilib ki, 6 həftə davam edəcək birinci mərhələdə aralarında 50 yaşdan yuxarı kişilərin və qadınların, o cümlədən uşaqların da olduğu 33 yəhudi sərbəst buraxılacaq.
Razılaşma icra edilsə təqribən 990 – 1650 nəfər arasında şəxs evinə qayıda biləcək.
Qeyd edək ki, HAMAS bugünkü bəyanatında razılaşma ilə bağlı fikir ayrılıqlarının aradan qalxdığını elan edib.