Hindistanda öküz yarışında 7 nəfər ölüb, 400-dən çox insan yaralanıb

Hindistanda öküz yarışında 7 nəfər ölüb, 400-dən çox insan yaralanıb backend

Hindistanda öküz əhliləşdirmə yarışı zamanı 7 nəfər ölüb, 400-dən çox insan yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə yanvarın 17-də "Times of India" məlumat yayıb.

Qeyd edilir ki, tədbirlər Tamil Nadu ştatında, Sivaqanqa, Madurai, Krişnaqiri və Salem kimi rayonlarda keçirilib.

"Cəllikattu və əlaqədar öküzlərin əhiləşdirilməsi hadisələri zamanı yeddi nəfər ölüb, 400-dən çox insan yaralanıb", - qəzet yazır.

Qəzet aydınlaşdırır ki, həm iştirakçılar, həm də tamaşaçılar xəsarət alıb. Ölənlərdən 6-sı tədbirdə tamaşaçı qismində olub.

"Hindistan korridası" jallikattu, iştirakçının öküzün buynuzlarından tutmalı olduğu yerli öküz əhliləşdirmə idman növüdür.

QAZİLER.AZ

Diaspora